Volodimir Zelenski Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Kuraxov şəhərinə zərbələr endirdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, Zelenskinin sözlərinə görə şəhər ərazisində yerləşən bazar, avtovağzal, yanacaqdoldurma məntəqəsi, yaşayış binaları atəşə tutulub.
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Kiril Timoşenko isə bildirib ki, Rusiya ordusunun zərbələr endirməsi nəticəsində 8 nəfər həlak olub, 5 nəfər yaralanıb.