Rusiya səfirliyinin qarşısındakı küçəyə Kiyev adı verildibackend

Rusiya səfirliyinin qarşısındakı küçəyə Kiyev adı verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin paytaxtı Londonda yerləşən Rusiya səfirliyi ilə üzbəüz küçəyə Kiyev adı verilib.

NOCOMMENT.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin 1-ci ildönümündə Londonda Vestminsterdəki yolun adı dəyişdirilərək “Kiyev Yolu” olub.

Bildirilib ki, bələdiyyə tərəfindən bütün icazələr alınaraq yolun adının qeyd olunduğu nişan dəyişdirilib.

Küçənin adının dəyişdirilməsi təklifi Şəhər şurasının rəhbəri və əmək müşaviri Adam Haq tərəfindən təqdim edildiyi bildirilib.

NOCOMMENT.AZ