İstanbula və Bakıya biletlər yarım saata SATILIB QURTARIBbackend

İstanbula və Bakıya biletlər yarım saata SATILIB QURTARIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk Hava Yollarının (THY) İstanbul-Bakı-İstanbul istiqaməti üzrə yeni açdığı reyslərinə biletlər çox qısa müddətdə satılıb qurtarıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Fed.az-a THY-nin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas bildirib. Onun sözlərinə görə, bütün biletlərin satışı üçün yarım saat kifayət edib.

Xatırladaq ki, Türk Hava Yolları 1 iyul tarixindən İstanbul-Bakı-İstanbul istiqamətində həftənin çərşənbə və cümə günlərində uçuşlara başlayır. Biletlər dünən Bakı vaxtı ilə saat 10:00-dan www.turkishairlines.com saytında satışa çıxarılıb.

Biletin qiyməti ekonom sinfi üçün bir tərəfə vergilər daxil tək qiymət olaraq 220 dollar olub (yəni yerlər azaldıqca qiymət artmırdı). Buznes sinfində qiymət bir tərəfə vergilər daxil 920 dollardan başlayıb.

Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, sərnişinlərdən uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçmək tələb olunub.