İki avtomobil toqquşub: 1 nəfər ölüb, 6 nəfər yaralanıbbackend

İki avtomobil toqquşub: 1 nəfər ölüb, 6 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konyanın Kadınhanı rayonunda iki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

NOCOMMENT xəbər verir ki, Afyonkarahisar-Konya yolunun Kadınhanı rayonunun çıxışında Fuat Oto idarə etdiyi 35 NGV 79 dövlət nömrə nişanlı avtomobil eyni istiqamətdə hərəkətdə olan Burhanəddin Yeniçərinin idarə etdiyi 01 MV 370 nömrəli avtomobillə toqquşub.

Hadisə yerinə sağlamlıq, polis və yanğınsöndürmə briqadaları göndərilib.

Qəzada hər iki avtomobilin sürücüsü Şenel Oto, Ezgi Yeniceri, Gülşen Yeniceri və adları məlum olmayan 2 nəfər yaralanıb.

Təcili yardımla Kadınhanı Refik Saime Koyuncu Dövlət Xəstəxanasına aparılan yaralılardan Fuat Oto, edilən müdaxilələrə baxmayaraq xilas ola bilməyib.

Şenel Oto və adları məlum olmayan iki yaralı Səlcuq Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb.