Avropa İttifaqı (Aİ) tərəfindən İsraildə keçiriləcək Avropa Günü diplomatik ziyafəti İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin planlaşdırılan iştirakı ilə əlaqədar ləğv edilib.
NOCOMMENT.az xəbər verir ki, Aİ İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin planlaşdırılan iştirakı ilə əlaqədar mayın 9-da İsraildə qeyd olunacaq Avropa Günü üçün diplomatik qəbulu ləğv edib.
Avropa İttifaqının Xarici Əlaqələr Xidmətindən verilən açıqlamada, “Aİ-İsrail Nümayəndəliyi hər il olduğu kimi mayın 9-da da Avropa Gününü ev sahibi ölkədə qeyd etməyi səbirsizliklə gözləyir.” deyə qeyd olunub.
NOCOMMENT.AZ