Rusiya məhkəməsi WhatsApp-ı qadağan olunmuş məzmunlu söhbət otağını silmədiyinə görə 3 milyon rubl (təxminən 37 min dollar) cərimələyib.
NOCOMMENT xəbər verir ki, paytaxt Moskvada məhkəmədə baxılan davada WhatsApp vasitəsi ilə qeyri-qanuni yolla antidepresan satıldığı müəyyən edilib.
Məhkəmə Rusiyanın müvafiq qurumlarının tələbinə baxmayaraq WhatsApp-ın qrupu silmədiyi üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və məhkəmə WhatsApp-ı 3 milyon rubl cərimələyib.
Belə ki, “WhatsApp” Rusiyada ilk dəfə qadağan olunmuş məzmunu silmədiyi üçün cərimələnib, halbuki şirkət əvvəllər müxtəlif səbəblərdən cərimələnib.