Katoliklərin ruhani lideri Papa Fransisk qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirilib.
NOCOMMENT.az xəbər verir ki, 86 yaşlı Papa Fransisk İtaliyanın paytaxtı Romadakı Gemelli xəstəxanasına aparılıb.
Papanın əməliyyatdan sonra bir neçə gün xəstəxanada qalacağı gözlənilir.
Vatikanın sözçüsü Matteo Bruni yırtığın “təkrarlanan, ağrılı və pisləşən simptomlara səbəb olduğunu” və Papanın tibbi qrupunun əməliyyatın zəruri olduğuna qərar verdiyini söyləyib.
NOCOMMENT.AZ