İsveç Avropa İttifaqının radarındabackend

İsveç Avropa İttifaqının radarında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) İsveçin antiterror qanununa etdiyi düzəlişləri araşdırır.

NOCOMMENT xəbər verir ki, İsveçdə iyunun 1-də qüvvəyə minən terrorla mübarizə qanunu üzv olduğu Aİ tərəfindən də araşdırılacaq. Buna səbəb 2021-ci ildə İsveçlə bağlı başladılan “Aİ qaydalarının pozulması” prosedurudur.

Aİ Komissiyası 2021-ci ildə üzv dövləti İsveçə qarşı AB-nin antiterror qaydalarındakı bəzi elementlərin İsveçin antiterror qanunlarında düzgün əks olunmadığını əsas gətirərək qayda pozuntusu proseduruna başlayıb.

Komissiya bununla bağlı 12 noyabr 2021-ci ildə İsveç hökumətinə rəsmi bildiriş göndərib. İsveç 11 yanvar 2022-ci ildə Aİ Komissiyasının rəsmi məktubuna cavab verib. Lakin pozuntu aradan qalxmadığından pozuntu proseduru davam etdirilib.