HDP-ni dəstəkləyən İmamoğlu erməni seçicilərinin xətrinə dəymək istəmədibackend

HDP-ni dəstəkləyən İmamoğlu erməni seçicilərinin xətrinə dəymək istəmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, iyulun 12-dən Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz rayonunda ermənilər Azərbaycan mövqelərinə hücuma keçdi, şəhidlərimiz oldu.

Qardaş Türkiyədən Ərdoğan, Çavuşoğlu, Hulusi Akar, seçkilərdə İmamoğlunun rəqibi olmuş Binəli Yıldırım, hakim AK Partiya, MHP, Meral Akşənər, Əhməd Davudoğlu Azərbaycana tam dəstəklərini ifadə etdilər, bircə İmamoğlundan səs çıxmadı.

“Ötən il İstanbulda keçirilən bələdiyyə seçkiləri zamanı bəzi azərbaycanlılar Əkrəm İmamoğlundan ötrü az qala özlərini lezvalayırdılar. Üstündən 1 il keçdi Tovuzda ermənilər Azərbaycan mövqelərinə hücuma keçdi, şəhidlərimiz oldu. Ərdoğan, Çavuşoğlu, Hulusi Akar, seçkilərdə İmamoğlunun rəqibi olmuş Binəli Yıldırım, hakim AK Partiya, MHP, Meral Akşənər, Əhməd Davudoğlu Azərbaycana tam dəstəklərini ifadə etdilər, bircə İmamoğlundan səs çıxmadı. Terror təşkilatı PKK-nın siyasi qolu HDP-nin Diyarbəkr bələdiyyə sədri terrora dəstək verdiyi üçün Türkiyə dövləti tərəfindən həbs olunarkən, HDP-yə dəstək məqsədi ilə Diyarbəkrə gedən İmamoğlundan Azərbaycana 3-5 cümləlik dəstək mesajı gəlmədi. Lakin, xatirinizdədirsə İmamoğlu seçilərkən ermənilərə təşəkkür etmişdi. Niyə? Çünki İstanbulda yaşayan ermənilər onun seçici elektoratı sayılır. Görünür, İmamoğlu erməni seçicilərinin xətrinə dəymək istəmir”.

Ruslan Bəşirli