Akşenerdən Zəngəzur dəhlizi ilə bağlı açıqlamabackend

Akşenerdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İYİ Partiyasının sədri Meral Akşener Azərbaycanı antiterror əməliyyatını uğurla başa vurması münasibətilə təbrik edib. 

NOCOMMENT.az xəbər verir ki, Zəngəzur dəhlizinin əhəmiyyətinə diqqət çəkən Akşener bu yolun türk dünyasına əhəmiyyətli töhfələr verəcəyini bildirib.

”Bu gün bölgənin sülhü və sabitliyi üçün çox əhəmiyyətli bir fürsət var. Bu fürsəti yaxşı qiymətləndirmək olsa, Azərbaycan ilə Türkiyə arasında birbaşa və fasiləsiz nəqliyyat təmin ediləcək. Beləliklə, Türk Dünyasının inteqrasiyası üçün tarixi bir addım atılacaq. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması və onun Orta dəhlizə birləşdirilməsi bütün region ölkələrinin, o cümlədən Ermənistanın iqtisadiyyatına böyük töhfələr verəcək”.