Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
Fidan bildirib ki, Türkiyə F-16 satışı ilə bağlı ABŞ Administrasiyası və ABŞ Konqresinin müttəfiqlik ruhuna uyğun hərəkət etməsini və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir.