İspaniyanın “Barselona” klubunun futbolçusu Markos Alonso əməliyyat olunub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi dekabrın əvvəlində belindən aldığı zədəyə görə cərrahi müdaxiləyə ehyiyac duyub.
Onun təxminən martda yaşıl meydanlara qayıdacağı gözlənilir.
Qeyd edək ki, Markos Alonso cari mövsüm komandada 7 oyuna çıxıb.