Sabirabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hadisə Zalqarağac kəndində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobillə “Chevrolet” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində sürücü, 1989-cu il təvəllüdlü Süleymanov Ərzuman Məzahir oğlu və 1978-ci il təvəllüdlü Mədətov Zaur Xudayar oğlu dünyasını dəyişib.
Xəsarət alan Sabirabad rayonunun Çöl Beşdəli kənd sakini, 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun koma vəziyyətinə düşdüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
13:55
Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası olub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Zalqarağac kəndində “Mercedes” və “Chevrolet” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində iki nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.