Portuqaliya millisinin və “Yuventus”un oyunçusu Kriştianu Ronaldu İtaliya A seriyasının çempionu adını qazandıqdan sonra özünə 9,5 milyon avroluq dünyanın ən bahalı avtomobilini hədiyyə edib.
NOCOMMENT xəbər verir ki, İnstaqram hesabında yeni avtomobili ilə şəklini paylaşan futbolçu – “Görünüşü siz seçirsiniz”, – yazıb. 35 yaşlı Ronaldunun maşın kolleksiyasına daxil etdiyi yeni avtomobil dünyada cəmi 10 ədəd istehsal olunan “Bugatti La Voiture Noire”dir. 1600 at qüvvəsində olan bu model saatda 380 kilometr sürət yığa bilir.