Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Məmmədov vəzifəsindən azad olunub.
NOCOMMENT.az Modern.az-a istinadən xəbər verir ki, Anar Məmmədov ötən həftə işdən çıxarılıb.
Məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən saytımıza təsdiq ediblər. Qurumdan bildirilib ki, Anar Məmmədovla bağlanmış əmək müqaviləsinə müddəti bitdiyinə görə xitam verilib.
Qeyd edək ki, Anar Məmmədov 2010-2014-cü illər ərzində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar liseyinin, 2014-2017-ci illərdə “İstək” liseylərinin direktoru vəzifəsində çalışıb. 2017-2022-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini olub.
Azərbaycan Respublikası elm və təhsil nazirinin 2022-ci il 1 dekabr tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilib.