Emin Əmrullayev: “Gələn il Qarabağ Universitetində yeni fakültə açılacaq”backend

Emin Əmrullayev: “Gələn il Qarabağ Universitetində yeni fakültə açılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn il də Qarabağ Universitetində təhsil ödənişsiz olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə məlumat verib.

“2025-2026-cı tədris ili üçün 1500 tələbənin qəbulu nəzərdə tutulur. 2025-də bir tədris binası, 2026-cı ildə bir neçə binanın istifadəyə verilməsi planlaşdırılır. Ümumilikdə, universitetin 10-12 min tələbəsinin olması planlaşdırılır”,-nazir bildirib.

E.Əmrullayev əlavə edib ki, növbəti il üçün yenilik sözügedən universitetdə tibb fakültəsinin də olmasıdır.\\Sfera.az