Krımın Yalta yaxınlığında yerləşən Krasnokamenka kəndində antiterror təlimi tədbirləri keçiriləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Yanina Pavlenko öz Telegram kanalında məlumat verib.
“Fövqəladə halların aradan qaldırılması üçün fövqəladə hallar xidmətlərinin hazırlığı yoxlanılacaq. Krasnokamenka kəndinin bir sıra küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanacaq. “Xəbərdarlıq və evakuasiya təlimləri də həyata keçiriləcək”, – administrasiya rəhbəri yazıb.
Pavlenko əlavə edib ki, baş verənləri foto və ya videoya çəkmək qəti qadağandır. Şəhər icra başçısı həmçinin sakinləri sakit olmağa, dövlət rəsmilərinin tələblərinə əməl etməyə və rəsmi mənbələrin məlumatlarından istifadə etməyə çağırıb.