“World Telecom” Azərbaycan Respublikasının Qanunvericiliyini pozur – ŞİKAYƏTbackend

“World Telecom” Azərbaycan Respublikasının Qanunvericiliyini pozur – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“World Telecom” şirkəti müştərilərinə müqavilədə qeyd olunan onlayn ödəniş xidmətini göstərmir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə vətəndaşlar öz şikayətlərini bildiriblər.

“World Telecom” şirkəti Azərbaycan Respublikasının Qanunvericiliyini pozaraq, vətəndaşlardan ödənişləri yalnız nağd şəkildə ödəmələrini tələb edir.

Terminal üzərindən ödənişləri qəbul etmir və ödənişləri yalnız nəğd şəkildə qəbul edir.

Vətəndaşlar onlayn formada ödəniş tələb etdikdə isə vətəndaşlara “birbank” mobil tətbiqi üzərindən və digər onlayn vasitələrdən ödəniş edə biləcəkləri bildirilir. Digər istər “birbank” mobil tətbiqi, istərsə də “bankomatlar” vasitəsi ilə edilən ödənişlərdə vətəndaşlara ƏDV qaytarılmır.

Bu hal “Nağdsız hesablaşmalar haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun pozulmasıdır.

“Nağdsız hesablaşmalar haqqında” Qanunu pozanları hansı cəzalar gözləyir?   Müəssisələr niyə qanuna əməl etmirlər? Vətəndaşların şikayəti niyə nəzərə alınmır? Bu halların qarşısı hansı yolla  alınmalıdır?