I qrup üzrə universitetlərin təhsil haqları – SİYAHIbackend

I qrup üzrə universitetlərin təhsil haqları – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qəbul imtahanından keçən abituriyentlər qarşısında dayanan önəmli məsələlərdən biri də ixtisas seçimidir. Onlar əmək bazarına uyğun ixtisasa yiyələnməklə yanaşı, ödənişli əsaslarla təhsil alan zaman universitetlərin tələb etdiyi illik təhsil haqqına da fikir verməlidirlər. Hələ ki, universitetlərin plan yerləri və ixtisaslar üzrə tələb etdikləri illik ödənişin məbləği ilə bağlı konkret rəqəmlər məlum olmasa da, artıq bir sıra universitetlər ötənilki ilə müqayisədə bu il təhsil haqlarında müəyyən artımların olacağını qeyd ediblər.
NOCOMMENT.az modern.az- istnadla I ixtisas qrupu üzrə ötən il universitetlərin təhsil haqlarını təqdim edir.
Bakı Dövlət Universitetində əksər ixtisasların illik təhsil haqqı 2100 manatdır. Onlar içərisində sadəcə Yerquruluşu və daşınmaz əmlakın kadastrının (qiyabi) təhsil haqqı 1700 manatdır. Bundan başqa universitetin Qazax filiallarında tədrisi aparılan – Fizika müəllimliyi (əyani) , riyaziyyat müəllimliyi (əyani), həmçinin riyaziyyat və informatika müəllimliyinin (əyani) illik təhsil haqqı 1500 manat olub.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ötən il I qrupa aid olan bütün ixtisasların ödənişi 2000 manat təşkil edib.
Azərbaycan Texniki Universitetində bu qrupa aid olan ixtisasların illik təhsil haqqı 2100-1700 manat aralığında dəyişir.
Azərbaycan Memarlıq və İnşaat Universitetində də əksər ixtisasların illik ödənişi 2000 manat təşkil edir. Bu universitetdə qrup üzrə ən yüksək təhsil haqqı Memarlıq (tədbir ingilis dilində) ixtisasında tələb olunur. Həmin ixtisasla illik ödəniş 2500 manat təşkil edir. Bundan başqa iki ixtisas – İnformasiya texnologiyalar və Yerquruluşu və daşınmaz əmlakın kadastrı (hər ikisi qiyabi təhsil forması üzrə) illik ödənişi 1700 manat təşkil edib.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin I qrup üzrə tədris olunan ixtisaslarında illik ödəniş 2300-2000 manat arasında dəyişir. Belə ki, universitetin Bakıda yerləşən əsas binasında ixtisaslar üzrə təhsil haqqı 2300 manat təşkil edirsə, region filiallarında – Şamaxı, Ağcabədi, Quba və Şəki filiallarında isə 2000 manat təşkil edir.
Azərbaycan Dövlət İqtisad Universiteti ixtisaslar 2200-1400 manat arasında dəyişir.
Bakı Mühəndislik Universitetində I qrup üzrə ən aşağı təhsil haqqı tələb olunan ixtisaslar Ekologiya, energetika, maşın mühəndisliyidir ki, bunların da illik təhsil haqqı 2200 manatdır. Ən yüksək təhsil haqqı isə tədrisi həm Azərbaycan, həm də ingilis dilində aparılan memarlıq ixtisasıdır. Bu ixtisasda təhsil alanlar illik 2700 manat pul ödəyir.
Azərbaycan Respublikası Prezidentinin Dövlət İdarəçilik Akademiyasında I qrup üzrə tədrisi aparılan Kompüter elmləri ixtisasında illik təhsil haqqı 2500 manatdır.
Azərbaycan Diplomasiya Akademiyası və İtaliya Azərbaycan Universitetində I qrupa aid ümumilikdə 8 ixtisas tədris edilir ki, onların da hər biri üzrə illik tələb olunan ödəniş 6000 manatdır.
Milli Aviasiya Akademiyasında I qrup üzrə tədrisi nəzərdə tutulan bütün ixtisasların illik ödənişi 2500 manatdır, Azərbaycan Dövlət Dəniz Akademiyasında isə hər ixtisas görə ödəniş 2000 manat təşkil edir.
Bakı Ali Neft Məktəbində bu qrupa aid 12 ixtisasın tədrisi həyata keçirilir, onların hər birinin illik ödənişi isə 4500 manatdır. Dövlət Gömrük Komitəsinin Akademiyasında isə keçirilən İnformasiya təhlükəsizliyi və İnformasiya texnologiyaları üzrə ödəniş müvafiq olaraq 2500 və 2800 manat təşkil edir.
Region universitetlərinə gəldikdə isə Naxçıvan Dövlət Universitetində illik təhsil haqları 1400-1700 manat arasında dəyişirsə, Naxçıvan Müəllimlər İnstitutunda isə tədris olunan 3 ixtisas üzrə illik ödənişlərin hər biri 1700 manatdır.
Gəncə Dövlət Universitetində illik təhsil haqqı ən aşağı olan ixtisas Maşın mühəndisliyidir, bu ixtisas üzrə təhsil alan tələbələr 1200 manat pul ödəyir.Riyaziyyat, həmçinin İnformatika müəllimliyi ixtisasları üzrə tələb olunan ödəniş isə 1800 manat olmaqla universitetdə tədris olunan ixtisaslar arasında tələb olunan ən yüksək təhsil haqqıdır. Azərbaycan Dövlət Aqrar Universitetində isə əksər ixtisaslar yalnız dövlət sifarişi hesabına aparılır, lakin bu ali təhsil mərkəzlərində tədris olunan Kompüter mühəndisliyi və İnformasiya texnologiyaları (hər ikisi əyani olmaqla) 1700 manat təhsil haqqı tələb olunur, ödəniş tələb olunan ixtisaslarda isə ödəniş 1500 manat təşkil edir. Gəncə şəhərində yerləşən Texnologiya Universitetində isə tələbələrdən tələb olunan illik ödəniş 1350-1550 manat arasında dəyişir.