Pilgrim Education Mərkəzinin uğuru!
NOCOMMENT.az xəbər verir ki, bu nəticələrə “Pilgrim Education” Təhsil Mərkəzinin tələbələri nail olub.
Natiq Cavadov, Rübabə Aslanova, Fərid Mehtiyev və Ülkər Nəsibli bu ilki Dövlət Proqramı 2022-2028 təqaüdünü qazanıblar.
Hər tələbə Birləşmiş Krallığa qəbul olub, Natiq və Ülkər UCL (University College London) – TOP 9, Rübabə Aslanova isə Edinburgh – TOP 34 qəbul olublar.
Bu proqramı qazanmaq üçün ilk etapda Mərkəz vasitəsilə qəbul əldə edib, sonra xüsusi “voice-up” təlimi vasitəsilə müsahibə mərhələsindən keçiblər.
Mərkəzin icraçı direktoru və təsisçisi Aisa Aslanova bildirir ki, qəbulun və təqaüdün qazanılmasında əsas sirr komanda işidir. Mərkəzin işçiləri və tələbələr birgə ən azı 9 ay periodunda çalışır və uğurlara imza atırlar.













