İş adamlarından ordumuza dəstək – FOTObackend

İş adamlarından ordumuza dəstək – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

27 sentyabrda başlamış düşmən təxribatına qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatına cəmiyyətindən böyük dəstək gəlməkdə davam edir.

Dünən orduya “Azəriş LTD”, “İlçin-İ”, “Avrora”, “Kral Kolbasa”, “SAB”, “Food Tradü”, “Koroğlu”, “Caspian Catering Suppilier” və başqa şirkətlər Füzuli və Beyləqanda yerləşən silahlı qüvvələrimizə 4 yük avtomobili ərzaq, qida məhsulları yardım aparıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə KONKRET.az-a “Azəriş LTD”-nin rəhbəri Rəşid Hüseynov məlumat verib.

Onun sözlərinə görə, hər bir iş adamı indiki məqamda orduya dəstək göstərməlidir: “Azərbaycan Silahlı Qüvvələri dövlətimiz tərəfindən ən yüksək səviyyədə təmin olunur. Buna baxmayaraq, hər birimiz öz vətəndaşlıq borcumuzu yerinə yetirib ordumuzun yanında olmalıyıq.

Bütün imkanlı şəxsləri və özəl şirkətləri Ali Baş Komandanımızın ətrafında sız birləşməyə dəvət edir və bu şərəfli işdə ordumuza dəstək olmağa çağırıram”.

İş adamı vurğulayıb ki, Azərbaycanın Pakistanda və BƏƏ-də Fövqəladə və Səlahiyyətli səfiri işləmiş Daşqın Şikarov da əsgərlərimiz üçün öz şəxsi vəsaiti hesabına 1 yük avtomobili qida məsulları göndərib.