Rusiya mediası Azərbaycan ordusunun Ermənistanla döyüşdə uğurla istifadə etdiyi – Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçan aparatı qarşısında Ermənistan ordusunun aciz qaldığını yazıb.
NOCOMMENT xəbər verir ki, “İzvestiya” qəzeti “Ermənistan ordusu PUA-lar qarşısında çarəsiz qaldı” başlıqlı məqalə dərc edib.
Qeyd edilib ki, “Bayraktar TB2” PUA-ları Dağlıq Qarabağ səmasına tamamilə hakim vəziyyətdədir. Köhnə tipli tanklar artıq tarixə qovuşur”.