Yasamaldakı 98 saylı bağçadan yayılan görüntülər müzakirələrə səbəb oldu – VİDEObackend

Yasamaldakı 98 saylı bağçadan yayılan görüntülər müzakirələrə səbəb oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yasamal 1 ünvanındakı 98 saylı körpələr evi-uşaq bağçasından şikayət var.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, valideyn bağçada uşaqlara verilən yeməklərdən narahatlığını ifadə edir.

Hər gün övladının evə bağçadan ac qayıtdığını deyir. Valideynin etirazına səbəb olan əsas məsələ supdan sonra verilən xəmir xörəyinin ətsiz olmasıdır.

Sosial şəbəkələrdə yayılan sözügedən video görüntüdən sonra 98 saylı körpələr evi uşaq bağçasına yollandıq.

Gəlişimizin səbəbini əvvəlcə bağlı qapı arxasındakı mühafizəçiyə bildirdik, özünü təqdim etməsə də, sosial şəbəkələrdə yayılan videogörüntüdən xəbərdar olduğunu gizlətmədi.

Saatlarla gözlədik, bildirdilər ki, bağçada yoxlama olduğu üçün bizi mətbəxə buraxa bilməzlər.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən isə bildirildi ki, paytaxtdakı 98 nömrəli körpələr-evi uşaq bağçasının fəaliyyətinə dair iddialarla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bizi Facebookda izləyin