Somalidə “StarSky” aviaşirkətinin göyərtəsində 55 sərnişin olan təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra dənizə düşüb.
NOCOMMENT.az xəbər verir ki, məlumata görə, təyyarə Aden-Adde hava limanından qalxıb və qısa müddət sonra hava limanının perimetri yaxınlığında Hind okeanı sahilində qəzaya uğrayıb.













