ABŞ-nin İrana endirdiyi zərbələr bir neçə saatlıq əməliyyat kimi deyil, bir neçə gün davam edəcək kampaniya kimi planlaşdırılıb.
NOCOMMENT.az xəbər verir ki, bunu “Fox News” telekanalının jurnalisti Cennifer Griffin amerikalı rəsmi şəxsə istinadən bildirib.
Mənbənin sözlərinə görə, əməliyyatın məqsədi konkret hərbi hədəfləri sıradan çıxarmaq və regionda strateji üstünlüyü təmin etməkdir.
Eyni zamanda Bəhreyndə yerləşən ABŞ hərbi bazasına endirilən zərbə nəticəsində itki olmadığı qeyd olunub. Rəsmi məlumatlara əsasən, hücum zamanı ölən və ya yaralanan olmayıb.
Bölgədə artan hərbi qarşıdurma fonunda tərəflərin əməliyyatları davam etdirəcəyi və vəziyyətin daha da gərginləşə biləcəyi istisna edilmir.
Aliyə
NOCOMMENT.az













