İsrail və ABŞ-a məxsus qırıcı təyyarələr yenidən İraq və Suriya hava məkanında müşahidə olunub. Bildirilir ki, bu uçuşlar İran istiqamətində mümkün növbəti zərbələrə hazırlıqla əlaqəli ola bilər.
NOCOMMENT.az xəbər verir ki, paralel olaraq İsrail Hərbi Hava Qüvvələri İranın qərb və mərkəzi bölgələrində yerləşən ballistik raket kompleksləri və hava hücumundan müdafiə sistemlərinə qarşı növbəti zərbə dalğasının başa çatdığını açıqlayıb.
Məlumata görə, əməliyyat çərçivəsində bir sıra strateji hərbi obyektlər hədəfə alınıb. İran tərəfi isə hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyib.













