Ermənilər təcili yardım maşınları ilə silah daşımaq istədilər – Gürcüstandan qadağabackend

Ermənilər təcili yardım maşınları ilə silah daşımaq istədilər – Gürcüstandan qadağa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Havadarları humanitar yardım adı altında Ermənistana silah göndərirlər. Bu baxımdan, Gürcüstan Ermənistana “humanitar” yardım daşıyan karvanı sərhəddən buraxmır.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, erməni mənbələri məlumat yayıblar ki, Gürcüstan bu dəfə Yuxarı Lars sərhəd-keçid məntəqəsində Təcili Tibbi Yardım maşınlarını Ermənistana buraxmayıb. Erməni mənbələri iddia edirlər ki, həmin maşınlar Rusiyadakı erməni icması tərəfindən humanitar yardım kimi göndəriliblər.

Lakin bəzi məlumatlara görə, Ermənistana göndərilən Təcili Tibbi Yardım maşınlarında bu ölkəyə silah daşınır. Gürcüstan da məhz bu səbəbdən karvanın Ermənistana keçməsinin qarşısını alıb.