Əraqçi təhdid etdi: “Tam hazırıq, ABŞ-a çoxlu sürprizlərimiz var”backend

Əraqçi təhdid etdi: “Tam hazırıq, ABŞ-a çoxlu sürprizlərimiz var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İrana qarşı əməliyyatın başlanmasından doqquz gün sonra dünya bazarları artıq münaqişənin ciddi nəticələrini hiss etməyə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, nazirin sözlərinə görə, neftin qiyməti kəskin şəkildə artıb, bir çox məhsulların dəyəri isə sürətlə bahalaşmağa başlayıb.

Əraqçi qeyd edib ki, Tehran ABŞ-ın İranın neft və nüvə obyektlərinə zərbələr endirmək planlarından xəbərdardır. Bununla belə, o, ölkəsinin belə bir ssenariyə tam hazır olduğunu vurğulayıb.

“Tam hazırıq. Bizim də ABŞ-a çoxlu sürprizlərimiz var”, — deyə Əraqçi bildirib. /globalinfo.az /