Erməni polkovnik – qərargah rəisi məhv edildibackend

Erməni polkovnik – qərargah rəisi məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hərbçilərinin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində apardığı əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenant Muşeq Nurbekyan məhv edilib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, polkovnik-leytenant M.Nurbekyanın Ermənistan silahlı qüvvələrinin N saylı hərbi hissənin qərargah rəisi oldugu bildirilir.

Qeyd edək ki, məhv edilmiş Nurbekyan 4 iyun 2012-ci ildə təmas xəttinin şimal-şərqində Azərbaycan ordusuna qarşı təxribatda iştirak edərkən yaralanıb və elə həmin il ona qondarma rejimin “şücaət ordeni” verilib.