Şabranda külli miqdarda narkotik dövriyyədən çıxarıldı – İki nəfər həbs edildibackend

Şabranda külli miqdarda narkotik dövriyyədən çıxarıldı – İki nəfər həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz daşınması və saxlanılması ilə məşğul olan şəxslər saxlanılıblar.

DİN-dən NOCOMMENT.az-a daxil olan məlumata görə, keçirilən tədbirlər zamanı Xaçmaz rayon sakinləri – 30 yaşlı Kənan Cəbrayılov və əvvəllər məhkum olunmuş 36 yaşlı Anar Məhərrəmov saxlanılıblar. Onlardan ümumilikdə 7 kiloqram 600 qram marixuana, heroin və həşiş qətranı aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxsin barəsində məhkəmənin qərarı həbs qətimkan tədbiri seçilib.