Tavuş istiqamətində Ermənistan–Azərbaycan sərhədində delimitasiya prosesindən iki il keçməsinə baxmayaraq, rəsmi İrəvan həmin ərazidə quraşdırılmış sərhəd dirəklərinin dəqiq koordinatlarını hələ də açıqlamayıb.
NOCOMMENT.az xəbər verir ki, bu səbəbdən Sputnik Ermənistan-ın müxbiri yenilənmiş peyk görüntüləri və digər məlumatlar əsasında xüsusi xəritə hazırlayıb.
Hazırlanan materiala görə, delimitasiya nəticəsində ümumilikdə təxminən 5,9 kvadrat kilometr ərazi Azərbaycanın birbaşa nəzarətinə keçib. Ermənistanın nəzarətinə isə 0,5 kvadrat kilometrdən az sahə düşüb.
Məlumatda qeyd olunur ki, sərhəd xəttində real vəziyyəti əks etdirən bu xəritə ərazidə baş verən dəyişiklikləri və tərəflərin əldə etdiyi mövqeləri daha aydın göstərir./Musavat.com/










