“iPhone” istifadəçiləri TƏHLÜKƏDƏ: İfşa olundubackend

“iPhone” istifadəçiləri TƏHLÜKƏDƏ: İfşa olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“iPhone” istifadəçiləri üçün yeni təhlükə yaranıb.

NOCOMMENT.az xəbər verir ki, “Axios” nəşri hakerlərin artıq xüsusi xidmət orqanları üçün hazırlanmış casus proqramlar əsasında yazılmış viruslarla “iPhone” cihazlarını sındırmağa başladığını bildirib.

Məlumata görə, nəşr bu barədə “Google”, “iVerify” və “Lookout” şirkətlərinin kibertəhlükəsizlik üzrə mütəxəssislərinin araşdırmalarına istinad edib. Bildirilir ki, “Coruna” adlı xüsusi proqram təminatı aşkarlanıb və bu alət “adı açıqlanmayan dövlət sifarişçisi” üçün hazırlanıb.

“TechCrunch” isə iddia edir ki, sözügedən proqramlar ABŞ hökuməti üçün hazırlanmış ola bilər. Mütəxəssislərin fikrincə, məhz sonradan baş verən sızma bu alətin kibercinayətkarların əlinə keçməsinə yol açıb.

“Apple” şirkətinin nümayəndəsi Sara O’Rurk bildirib ki, iOS sistemindəki müvafiq boşluqlar artıq aradan qaldırılıb. Buna baxmayaraq, kibertəhlükəsizlik üzrə ekspertlər zərərli proqramların təsirinin yalnız qismən önlənə bildiyini vurğulayırlar.

Beləliklə, mütəxəssislər “iPhone” istifadəçilərinə cihazlarını və əməliyyat sistemini dərhal yeniləməyi, naməlum keçidlərə daxil olmamağı və əlavə təhlükəsizlik tədbirlərinə diqqət yetirməyi tövsiyə edirlər. /Musavat.com