Əraqçi Trampın elçisi ilə danışdı: Tehran razılaşmaya hazırdırbackend

Əraqçi Trampın elçisi ilə danışdı: Tehran razılaşmaya hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffla telefon danışığı zamanı Tehranın razılığa gəlməyə hazır olduğunu bildirib.

“Ynet” nəşrinin danışıqların məzmunu ilə tanış olan mənbələrə istinadən yaydığı məlumata görə, Əraqçi amerikalı həmkarlarına İranın şərtləri yerinə yetiriləcəyi təqdirdə, məsələnin “tezliklə həll edilməsi” üçün yeni ali lider Müctəba Xameneidən icazə alındığını diqqətə çatdırıb.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin digər nümayəndəsi Cared Kuşnerin də qatıldığı bu zəng, rəsmi Tehranın danışıqlar barədə xəbərləri açıq şəkildə təkzib etməsinə baxmayaraq, əlaqələrin davam etdiyini göstərir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla məhsuldar danışıqların aparıldığını bəyan etmişdi. Məlumatda həmçinin vurğulanır ki, tərəflər arasında fikir ayrılıqları hələ də ciddi olaraq qalır. İsrailin isə bu müzakirələrdə iştirak etmədiyi və proses barədə digər mənbələrdən məlumat aldığı bildirilir.

Sara,
NOCOMMENT.az