Vaşinqton İranın gələcək liderini seçir: Tramp administrasiyası ona üstünlük verirbackend

Vaşinqton İranın gələcək liderini seçir: Tramp administrasiyası ona üstünlük verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyası İranın gələcək rəhbərliyi ilə bağlı strateji planlarını müəyyənləşdirir. “Politico” nəşrinin Ağ Evdəki mənbələrə istinadən yaydığı məlumata görə, hazırda İran parlamentinin 64 yaşlı spikeri Məhəmməd Baqir Qalibaf Vaşinqton üçün ən məqbul namizəd kimi nəzərdən keçirilir. Maraqlıdır ki, əvvəllər dəfələrlə ABŞ və müttəfiqlərinə qarşı sərt təhdidləri ilə seçilən Qalibaf, indi Ağ Ev tərəfindən müharibənin növbəti mərhələsində danışıqlar apara biləcək “işlək tərəfdaş” kimi qiymətləndirilir.

NOCOMMENT.az xəbər verir ki, ABŞ administrasiyası hələlik tək bir namizəd üzərində qəti qərar verməyib və bir neçə variantı “sınaqdan keçirməyə” davam edir.

Administrasiya rəsmilərindən birinin bildirdiyinə görə, Qalibaf hazırda prioritet variantlardan biri olsa da, yekun qərar üçün tələsmək niyyətində deyillər. “O, olduqca maraqlı və aktiv bir variantdır, lakin biz onları test etməliyik, bu məsələdə tələskənliyə yol vermək olmaz” – deyə rəsmi şəxs vurğulayıb.

Ağ Evin mətbuat katibi Karolin Levitt isə məsələ ilə bağlı ətraflı şərh verməkdən imtina edərək, bu müzakirələrin həssas diplomatik xarakter daşıdığını bildirib. O qeyd edib ki, Birləşmiş Ştatlar bu cür mühüm danışıqları media vasitəsilə aparmaq niyyətində deyil. Bu gəlişmə, Tehran və Vaşinqton arasında pərdəarxası siyasi proseslərin yeni bir mərhələyə qədəm qoyduğundan xəbər verir.

Sara,
NOCOMMENT.az