Gəncədə ev yandı: ölən varbackend

Gəncədə ev yandı: ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə evdə yanğın olub.

NOCOMMENT.az xəbər verir ki, Yeni Gəncə yaşayış massivi ərazisində yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

Yanğın zamanı ev sahibi 1960-cı il təvəllüdlü Z.Məmmədov tüstüdən zəhərlənərək ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.