“Taxt Oyunları”nda rol alan aktyor Maykl Kempbell 35 yaşında vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, səhnə adı Maykl Patrik ilə tanınan irland aktyoru Maykl Kempbell bir neçə ildir mürəkkəb neyrodegenerativ xəstəliklə mübarizə aparırdı.
Maykl Kempbell aprelin 7-də Şimali İrlandiyada xəstəxanada vəfat edib.
Aktyorun ölümü həyat yoldaşı Naominin açıqlamasında bildirilib. O, sosial mediada Mayklın ölümü ilə bağlı yazıb və əlavə edib ki, aktyor erkən vəfat etməsinə baxmayaraq, dolğun bir həyat yaşayıb.
Kempbellə 2023-cü ilin fevral ayında motor neyron xəstəliyi (MND, amiotrofik lateral skleroz) diaqnozu qoyulub. O, xəstəliklə mübarizəsindən açıq şəkildə danışıb və xəstə olduğu müddətdə də fəaliyyətinə davam edib.
Aktyor ölümündən bir neçə həftə əvvəl sosial mediada təsirli post paylaşıb. Həmin paylaşımda o, pərəstişkarlarıba hələ də bir çox planlarının olduğunu bildirib.
“Hələ də yaşamaq üçün bir çox səbəbim və bir çox planım var”- deyə Kempbell yazıb.
Maykl Kempbell, HBO-nun “Taxt Oyunları” kult serialının 6-cı mövsümünün 7-ci bölümündə rol alıb. Burada kameo rolunu ifa edib. Bu bölümdə öldüyü güman edildikdən sonra dinc bir həyat sürməyə çalışan Sandor Kleqan (“İt iti” ləqəbli) geri dönüşünü əks etdirir.
O, həmçinin 2023-cü ildə yayımlanan Britaniya serialı “Mavi İşıqlar” və məşhur DC Comics personajları əsasında çəkilmiş 2018-ci il “Kripton”da rol alıb.
Kempbellin ən böyük uğurları teatrdan gəlir. Belfastdakı Lirik Teatrda III Riçard obrazını canlandırdığına görə nüfuzlu Britaniya Səhnə Mükafatlarını qazanıb. O, bu rolu əlil arabasında ifa edib, bu da ona klassik personajı öz xəstəliyinin prizmasından yenidən təsəvvür etməyə imkan verib./Sfera.az/









