“Yuventus”un və Avstriya millisinin sabiq qapıçısı Aleksandr Manninqer 48 yaşında dünyasını dəyişib.
NOCOMMENT.az xəbər verir ki, bu haqda “Bild” nəşri məlumat yayıb.
Bildirilir ki, futbolçunun avtomobili dəmiryol keçidində qatarla toqquşub.
Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları ilkin tibbi yardım göstərsələr də, onu xilas etmək mümkün olmayıb./Qafqazinfo/










