İranın xaricdəki dondurulmuş vəsaitləri bütün dünya üzrə mürəkkəb bir şəbəkə şəklində paylanıb.
Bu aktivlər əsasən neft və qaz satışından əldə edilən gəlirlərdir ki, ABŞ-ın sanksiyaları səbəbindən İran bu vəsaitləri öz ölkəsinə köçürə bilmir.
NOCOMMENT.az xəbər verir ki, hesabatda ən böyük vəsait saxlayan ölkələrin siyahısı və məbləğlər belə bölüşdürülüb:
Çin: 20 milyard dollar (Ən böyük aktiv sahibi);
Hindistan: 7 milyard dollar;
İraq: 6 milyard dollar;
ABŞ: 2 milyard dollar;
Yaponiya: 1,5 milyard dollar.
Geri qalan milyardlarla dollar isə digər Asiya və Avropa bankları arasında bölüşdürülüb. Xüsusilə İraqdakı vəsaitlərin böyük hissəsi İranın bu ölkəyə satdığı elektrik enerjisi və qazın ödənişləridir. ABŞ bu vəsaitlərin nağd şəkildə İrana ötürülməsinə icazə vermir, yalnız humanitar məqsədlər (qida və dərman) üçün istifadəsinə məhdud şərtlər daxilində imkan yaradır.
Analitiklər qeyd edirlər ki, Donald Trampın hazırkı dəniz blokadası və “maksimum təzyiq” kursu bu vəsaitlərin İrana qaytarılması ehtimalını sıfıra endirir. Bu qədər nəhəng maliyyə resursunun blokda qalması İran rialının dəyərdən düşməsinə və ölkədə inflyasiyanın rekord həddə çatmasına birbaşa təsir göstərir. Tehran isə bu aktivləri sanksiyaların qaldırılması üçün əsas şərt kimi danışıqlar masasına gətirməyə çalışsa da, Vaşinqtonun bu məsələdə güzəştə gedib-getməyəcəyi hələ də sual altındadır.
Sara,
NOCOMMENT.az










