İrandan Zəngəzur dəhlizi ilə bağlı növbəti təhdid – Nə baş verir?backend

İrandan Zəngəzur dəhlizi ilə bağlı növbəti təhdid – Nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda SEPAH-a bağlı müəyyən siyasilər qeyd edir ki, İran qalib olarsa, “Zəngəzur” dəhlizi -TRİP layihəsinin qarşısını alacaq. Bu layihəni Türk Birliyi kimi təqdim edərək, İran üçün arzuolunmaz bir marşrut kimi xarakterizə edirlər.

Politoloq Məhəmməd Əsədullazadə: "İran ABŞ-ni quru əməliyyatlarına cəlb  etməyə çalışır ki, "qonaqlar"a FPV dronları ilə zərbə endirsin"

Məsələ haqda NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, hakimiyyətdə qalmasını özünün qalibiyyəti sayan SEPAH qonşu ölkələrə qarşı yenidən təhdidlərlə danışır:

“Ötən gün Bəhreyni işğalla hədələyən rejimin sözçüləri bu gün “Zəngəzur” dəhlizini və Türk birliyini hədəfə alırlar.

Bu rejimin mahiyyəti budur. Qonşularla normal münasibətlər sisteminə deyil, yalnız təzyiq etməklə öz mövqelərini diktə edir. Qırx gün ərzində öz liderlər kadrosunun itirən və ölkənin hərbi infrastrukturu sıradan çıxarılmasi, hərbi donanması yox olmaqla yanaşı, ölkənin “olum ya ölüm” dilemması qarşısında olan rejimin yenidən dili açılıb.

“Zəngəzur” dəhlizi regional iqtisadi və nəqliyyat əməkdaşlığıdır. Regionda sülhə xidmət edir. İranın Zəngəzur dəhlizinə mane ola bilməsi yeni böhrana yol aça bilər. Öz ərəb qonşuları tərəfindən hərbi zərbələrə məruz qalan İranın şimal qonşuları ilə körpüləri yandırması öz əleyhinə işləyə bilər.

Bu gün İsrail bütün qonşulari ilə düşmən vəziyyətdədir. Hər bir qonşusunun təhdid edir. Görünür, İran rejimi -SEPAH İsrailin həyata keçirdiyi eyni xəttə malikdir”, – deyə ekspert vurğulayıb.