“Salyan Aqro Park”ı fermerlərin təhvil verdiyi pambığın pulunu vermir – ŞİKAYƏT – VİDEObackend

“Salyan Aqro Park”ı fermerlərin təhvil verdiyi pambığın pulunu vermir – ŞİKAYƏT – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbəti pambıq əkini başladı,amma onlar hələdə ötən il təhvil verdikləri pambığın pulunu ala bilmirlər. Fermerlər pullarını almaq üçün zavoda gedib gəlməkdən yorulublar.

NOCOMMENT.az xəbər verir ki, söhbət Salyan və Sabrabad  rayonlarından olan bir qrup  pambıqçıdan gedir. Təsərrüfat  sahibləri  bildirir ki, Salyan rayonunda  yerləşən “Salyan Aqro Park” pambıq emalı zavodu ilə müqavilə əsasında pambıq əkiblər. Toplanan məhsulu hissə -hissə  sözügedən müəssisəyə  satıblar.

Müqaviləyə əsasən, alınan məhsulun dəyərini 4 ay ərzində ödəməli olan şirkək bu günə qədər sahibkarlara bir qəpik belə verməyib.

Məhsul yetişdirənlər deyir ki, becərmə zamanı əllərində olan vəsaiti də xərcləyiblər ki, pambığı satıb qazanc əldə edəcəklər. Lakin, oktyabrdan bəri pullar ödənilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.