Bakı Slavyan Universitetinin (BSU) bölmə rəhbəri Mənsur İbrahimli 55 yaşında vəfat edib.
NOCOMMENT.az bildirir ki, bu barədə onun yaxınları məlumat verib.
Bildirilib ki, Mənsur İbrahimli qəfil ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, M.İbrahimli 1971-ci il fevralın 1-də anadan olub. O, 2019-2022-ci illərdə BSU-nun mətbuat katibi vəzifəsində çalışıb. Daha sonra ali məktəbin bölmə rəhbəri olub./yenisabah/










