Xəzərlə bağlı həyəcan təbili: Fəlakət yaşana bilərbackend

Xəzərlə bağlı həyəcan təbili: Fəlakət yaşana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər dənizində suyun səviyyəsi əsrin ortalarına qədər 8-21 metr azala bilər.

NOCOMMENT.az  xəbər verir ki, bunu Tehran Konvensiyası Katibliyinin koordinatoru Mahir Əliyev Astanada keçirilən Regional Ətraf Mühit Sammitində deyib.

Onun sözlərinə görə, problemin həlli üçün beş Xəzəryanı dövlətin – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın uzunmüddətli iştirakı vacibdir.

BMT Baş katibinin müavini İnger Andersen də ölkələri elmi monitorinq, iqlim dəyişikliyinə uyğunlaşma və Xəzər ekosisteminin qorunmasını əhatə edən 2026-2036-cı illər üçün birgə fəaliyyət planı hazırlamağa çağırıb.\\bakupost.az