Bakıda parkda meyiti tapılan şəxsin kimliyi bilindibackend

Bakıda parkda meyiti tapılan şəxsin kimliyi bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 23-ü gecə saat 02 radələrində Nizami rayonu Rüstəm Rüstəmov küçəsindəki parkda meyiti tapılan şəxsin kimliyi məlum olub.

NOCOMMENT.az xəbər verir ki, ölən şəxsin İsmayıllı rayon sakini 1969-cu il təvəllüdlü Qalib Vahidov olması müəyyənləşib.

Onun evsiz olduğu və parkda xəstəlik səbəbindən öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.