“Bakıda düzgün edib köhnə evləri sökürlər”.
NOCOMMENT.az bildirir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə “Uzun sözün qısası” layihəsində deyib.
Əməkdar artist vaxtilə atasının “Sovetski” ərazisində söküntü aparılacağını səbirsizliklə gözlədiyini də qeyd edib:
“Rəhmətlik atam həmişə o arzu ilə yaşayırdı ki, “Sovetski”dəki evləri söksünlər. Çünki orada insanlar əziyyət çəkirdi. Doğrudan da elə evlər var idi ki, sökülməli idi. Amma evləri sökəndə də gərək orada yaşayan insanları düşünəsən, onlara elə kompensasiya verməlisən ki, gedib özlərinə normal ev tapa bilsinlər”.//Musavat.com









