Sumqayıtda ŞOK izdiham: İnsanlar bir-birinə dəydi – Müğənni insanları BELƏ QOVDU – VİDEObackend

Sumqayıtda ŞOK izdiham: İnsanlar bir-birinə dəydi – Müğənni insanları BELƏ QOVDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində fəaliyyətə başlayan yeni ticarət mərkəzlərindən birinin açılış mərasimi qalmaqalla yadda qalıb. Tədbirə qonaq qismində dəvət olunan tanınmış ifaçı Pünhan Piriyevin gəlişi ərazidə böyük izdihama səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, açılış zamanı gənc müğənnini görmək və onunla şəkil çəkdirmək istəyən onlarla insan səhnəyə doğru axışıb. Lakin təhlükəsizliyi təmin etməyə çalışan şəxslərin və təşkilatçıların vətəndaşlara qarşı sərt rəftarı narazılıq doğurub. Belə ki, ifaçı ilə yaxından şəkil çəkdirmək istəyən pərəstişkarların kobud şəkildə səhnədən uzaqlaşdırılması və “qovulması” əks olunan görüntülər qısa müdafiədə sosial şəbəkələrdə yayılıb.

Hadisənin videogörüntüləri izləyicilər tərəfindən ciddi qınaqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri həm təşkilatçıların kobudluğunu, həm də pərəstişkarların təhlükəsizlik qaydalarını pozaraq yaratdığı xaosu tənqid atəşinə tutublar. Bir çoxları müğənninin bu vəziyyətə müdaxilə etməməsini və ya vətəndaşlarla daha etik formada davranılmamasını pisləyiblər.

Məsələ ilə bağlı hələlik nə Pünhan Piriyev, nə də ticarət mərkəzinin rəhbərliyi tərəfindən rəsmi açıqlama verilməyib.

Sara