Azərbaycan mediasında diqqət çəkən iddia yayılıb.
NOCOMMENT.az xəbər verir ki, jurnalist Arifə Əliyeva şəxsi Facebook hesabında paylaşım edərək Space TV-nin bağlanacağını bildirib.

Jurnalist qeyd edib ki, əldə etdiyi son məlumata əsasən, telekanal fəaliyyətini dayandırmağa hazırlaşır. O, paylaşımında idarəetmə problemlərinə də toxunaraq bildirib:
“Bəli, düzgün idarəçilik olmayanda nəticə belə olur. Amma ən ağır zərbəni qərar verənlər yox, zəhmət çəkən sadə əməkdaşlar alır.”
Hazırda məsələ ilə bağlı rəsmi qurumlar və ya kanal rəhbərliyi tərəfindən hər hansı açıqlama verilməyib. İddiaların nə dərəcədə doğru olduğu hələlik təsdiqlənməyib.
Məsələ ilə bağlı əlavə məlumat əldə etdikcə oxuculara təqdim olunacaq.










