Məleykə Abbaszadədən imtahanlarla bağlı SON DƏQİQƏ açıqlamasıbackend

Məleykə Abbaszadədən imtahanlarla bağlı SON DƏQİQƏ açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illərdə xarici dil imtahanlarında mühüm yeniliklər tətbiq olunub.

NOCOMMENT.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, artıq bir neçə ildir ki, imtahanlarda dinləmə qurğularından istifadə edilir və bu, dil bacarıqlarının düzgün qiymətləndirilməsi baxımından vacib addımdır:

“Xarici dili bilmək təkcə oxumaq və yazmaq demək deyil. Eyni zamanda onu eşitmək və başa düşmək də bu prosesin ayrılmaz hissəsidir”.

M.Abbaszadə vurğulayıb ki, həyata keçirilən islahatlar və beynəlxalq əməkdaşlıq nəticəsində bu sahədə ciddi irəliləyiş əldə olunub:

“Biz hesab edirik ki, gördüyümüz işlər nəticəsində böyük uğurlar qazanmışıq. Bu isə gənclərimizin həm ölkə daxilində, həm də xaricdə daha rəqabətədavamlı olması üçün mühüm rol oynayır”.

DİM sədri əlavə edib ki, bu yanaşma müasir dövrün tələblərinə uyğun olaraq dil biliklərinin daha kompleks şəkildə qiymətləndirilməsinə imkan yaradır və gənclərin gələcək imkanlarını genişləndirir.