Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin meri Ratmir Mavliyev saxlanılıb.
NOCOMMENT.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Məlumata görə, mer iş kabinetində saxlanılaraq dindirilmə üçün istintaq orqanına aparılıb.
Saxlanmanın səbəbi “Raduqa” sanatoriyasına məxsus 1300 kv.metrdən çox torpaq sahəsinin satışı olub. Mavliyev vəzifə və korrupsiya cinayətləri törətməkdə şübhəli bilinir.
Qeyd edək ki, R.Mavliyev 2022-ci ildən Ufa şəhər administrasiyasının rəhbəri vəzifəsini tutur.\\qafqazinfo.az











