İran hökumətinin sözçüsü Fatimə Mohacerani ölkədə qərarların qəbulu prosesində heç bir problemin olmadığını bildirərək, ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlar barədə səsləndirdiyi fikirlərə kəskin münasibət bildirib.
NOCOMMENT.az xəbər verir ki, Fatimə Mohacerani Trampın sosial şəbəkə paylaşımlarını şərh edərək, bu bəyanatların “ictimaiyyəti çaşdırmaq və dezinformasiya yaymaq” məqsədi daşıya biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bütün mühüm qərarlar birbaşa milli maraqlar çərçivəsində və rəsmi dövlət təsisatları vasitəsilə qəbul edilir ki, bu da ölkə daxilindəki sarsılmaz koordinasiyanın göstəricisidir.
“Prezident, Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri kimi proseslərin mərkəzindədir və hər bir detaldan tam xəbərdardır”, — deyə Mohacerani qeyd edib.
Sara,
NOCOMMENT.az










