Bakıda 14 yaşlı qızla gənc oğlan hamamda dəm qazından zəhərləndi – Ölən varbackend

Bakıda 14 yaşlı qızla gənc oğlan hamamda dəm qazından zəhərləndi – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda iki nəfər dəm qazından zəhərlənib.

NOCOMMENT.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu R.Bağırov küçəsi ev 30-da baş verib.

Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü Təranə Mədxun qızı Bəkirova həmin ünvanın hamam otağında dəm qazından zəhərləniblər.

Hadisə nəticəsində Y.Atalay ölüb, T.Bəkirova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırmalar aparılır./Oxu.az